Ailə faciəsi: Ana və üç övladı yanaraq öldü

  • SpaceTV
  • 11 Avqust 2020 14:23

Rusiyanın Samara vilayətində bağ evində yanğın bir ailənin dörd üzvünün həyatına son qoyub.

Bu barədə RBC ölkənin Fövqəladə Hallar Nazirliyinə istinadla xəbər yayır.

Bildirilir ki, “Cənub Bağları” ərazisində ev və tikililər yanıb.

Yanğın nəticəsində bir qadın, on bir yaşlı oğlan, doqquz və dörd yaşlı qızlar vəfat edib.

Ailə başçısı olan kişi isə xəstəxanaya yerləşdirilib.

Paylaş

 Xəbəriniz olsun