Ailə başçısını itirməyə görə sosial müavinət almaq hüququ yeni qaydada tənzimlənəcək

  • SpaceTV
  • 29 Noyabr 2019 13:50

Təyin edilmiş əmək pensiyasının məbləğinin əmək pensiyasının minimum məbləğinə çatdırılması məqsədi ilə ödənilən məbləğ əmək pensiyasının sığorta hissəsinin tərkibi hesab ediləcək.

SPACE TV-in məlumatına görə, bu, “Əmək pensiyaları haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, ailə başçısını itirməyə görə hesablanmış əmək pensiyasının sığorta hissəsinin onlardan hər birinə düşən məbləği “Sosial müavinətlər haqqında” qanun ilə müəyyən edilmiş ailə başçısını itirməyə görə sosial müavinətlərin məbləğindən az olduqda, əmək qabiliyyəti olmayan ailə üzvlərinin hər biri ailə başçısını itirməyə görə pensiya əvəzinə ailə başçısını itirməyə görə sosial müavinət almaq hüququna malik olacaq.

Paylaş

 Xəbəriniz olsun