Aİ-nin Ticarət Komissarı istefa verib

  • Space TV
  • 27 Avqust 2020 11:29

Avropa İttifaqının (Aİ) Ticarət Komissarı istefa verib. Spacetv.az-ın “euronews”a istinadən verdiyi xəbərə görə, Komissar Fil Hoqan İrlandiyaya səfəri zamanı COVID-19-la bağlı tətbiq edilən qadağalara əməl etmədiyi üçün istefa ərizəsini yazıb.”Çox təəssüf edirəm ki, İrlandiyaya (bir dövlət qulluqçusu kimi təmsil olunmaqdan qürur duyduğum ölkəm) səfərim bu narahatlığa, məyusluğa səbəb oldu. Mən həmişə İrlandiyada tətbiq olunan bütün müvafiq COVID-19 qaydalarına riayət etməyə çalışmışam və xüsusən mənfi COVID-19 testinin təsdiqlənməsindən sonra bütün müvafiq qaydaları yerinə yetirmişəm. Səfər zamanı buraxdığım səhvlərə görə İrlandiya xalqından ürəkdən üzr istəyirəm”,- Fil Hoqan bildirib.Qeyd edək ki, o, 2014-cü ildə Kənd Təsərrüfatı üzrə Aİ Komissarı, 2019-cu ilin dekabrında isə Ursula von der Leyenin rəhbərliyi altında formalaşan  yeni Aİ Komissiyasında Ticarət Komissarı seçilib.

Paylaş

 Xəbəriniz olsun