Aİ-nin maliyyələşdirdiyi layihə regionlarda peşə təhsili müəssisələrinin mövcud vəziyyətini təhlil edir – FOTO

  • Space TV
  • 2 Fevral 2021 14:32

2020-ci ilin avqustunda Avropa İttifaqı (Aİ), Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) və Azərbaycan Respublikası Təhsil Nazirliyi peşə təhsili və təlimi sisteminin keyfiyyətinin artırılması və bu təhsil pilləsinin gənclər arasında nüfuzunun yaxşılaşdırılması məqsədilə 11.4 milyon manat dəyərində yeni layihəyə başlayıb.

Dörd illik layihənin ilkin regional fəaliyyəti olaraq, cari vəziyyəti təhlil etmək, eləcə də mövcud çətinlikləri və imkanları araşdırmaq üçün Şəki və Gəncədə yerləşən bir sıra peşə təhsili müəssisələrinə səfər edilib.

Görüşlərdə regionlardakı peşə təhsili müəssisələrində yeni emalatxanaların, karyera mərkəzlərinin və tədris fabriklərinin yaradılması, həmçinin ikili dərəcə proqramları və rəqəmsal innovasiyaların tətbiqi məsələləri müzakirə edilib.

Səfərin təşkil edildiyi “Gələcək üçün Peşə Təhsili və Təlimi: Azərbaycanda Qabaqcıl Peşə Təhsili Mərkəzlərinin yaradılmasına dəstək” layihəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilir və Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə əməkdaşlıq çərçivəsində BMTİP tərəfindən həyata keçirilir. Layihənin əsas məqsədi Azərbaycandakı peşə təhsili müəssisələrini müasirləşdirməyə və əmək bazarının mövcud ehtiyaclarına uyğun səriştə əsaslı tədrisin icrasına dəstək olmaqdır. 

Əlaqə üçün məlumat:

Dilarə Umudova, BMTİP-nin Azərbaycan ofisinin İctimai əlaqələr üzrə baş mütəxəssisi – [email protected] 

Gülnarə Bayramova, Avropa Ittifaqının Azərbaycan Nümayəndəliyinin Mətbuat və İnformasiya Rəhbəri [email protected]

Avropa İttifaqı öz nou-hausunu, resurslarını və amallarını tədricən birləşdirmək qərarına gəlmiş 27 üzv dövlətdən ibarətdir. 60 ildən artıq genişlənmə müddəti ərzində, onlar, birgə olaraq, mədəni müxtəlifliyi, tolerantlığı və fərdi azadlıqları qoruyub saxlayaraq, sabitlik, demokratiya və dayanıqlı inkişaf zonasını yaradıblar. Avropa İttifaqı öz sərhədlərindən kənarda digər ölkə və xalqlarla öz nailiyyətlərini və dəyərlərini paylaşmağa sadiq olan tərəfdir.

BMT-nin İnkişaf Proqramı BMT-nin aparıcı agentliyi olub, yoxsulluq, bərabərsizlik və iqlim dəyişikliyi ilə mübarizə aparmaqdadır. Biz 170 ölkədə müxtəlif mütəxəssis və tərəfdaşlarımızdan ibarət geniş şəbəkəmizlə birgə fəaliyyət göstərərək, planet və insanlar üçün hərtərəfli və dayanıqlı həllər üzərində çalışırıq.

Ətraflı məlumat üçün undp.org veb-saytına baş çəkə yaxud “Twitter”də @UNDP səhifəsini izləyə bilərsiniz.

Paylaş

 Xəbəriniz olsun