Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib

  • SpaceTV
  • 25 Sentyabr 2020 10:57

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar Azərbaycana gəlib.

Spacetv.az-ın xəbərinə görə, bu barədə T. Klaar “Twitter”də bildirib.

“İki gün davam edəcək görüşlər üçün Bakıdayam. Aİ-nin Cənubi Qafqazda sülh və sabitlikdə böyük marağı var. Gərginliyin azaldılması və ATƏT-in Minsk Qrupu həmsədrlərinin rəhbərliyi ilə ilkin şərt olmadan əsaslı danışıqlar prosesinə qayıtmaq vacibdir”, – deyə T. Klaar qeyd edib.

Paylaş

 Xəbəriniz olsun