Aİ-nin Belarus məmurlarına qarşı sanksiyası qüvvəyə minib

  • Space TV
  • 2 Oktyabr 2020 16:37

Avropa İttifaqının (Aİ) Belarusun 40 məmurunun adını daxil etdiyi sanksiya siyahısı rəsmən qüvvəyə minib.

Spacetv.az TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa Şurasının rəhbəri Şarl Mişel Aİ sammitinin yekun mətbuat konfransında bildirib.

“Bu gün 40 nəfərin adının olduğu “qara siyahı”nı qüvvəyə mindirdik”, – o deyib.

Maraqlıdır ki, sanksiya siyahısına adı düşənlər arasında Belarus prezidenti Aleksandr Lukaşenko yoxdur. Ş.Mişel bu məsələ ilə açıqlamasında Aİ-nin rəsmi Minsk ilə dialoqa davam etmək niyyətində olduğunu vurğulayıb.

Paylaş

 Xəbəriniz olsun