Ağsunun icra başçısı ölməyib, vəziyyəti ağırdır – AÇIQLAMA

  • Space TV
  • 27 Noyabr 2020 11:25

Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Vahid Tağıyevin vəfat etməsi ilə bağlı məlumat yalandır.

Spacetv.az xəbər verir ki, bu barədə Trend-ə icra başçısının müalicə aldığı tibb müəssisəsindən məlumat verilib.

Müəssisədən qeyd ediblər ki, V.Tağıyev hazırda tibb müəssisəsində müalicəsini davam etdirir:

“İcra başçısının vəziyyəti ağırdır. Amma onun ölməsi ilə bağlı məlumat yalandır”.

Paylaş

 Xəbəriniz olsun