Əkilən hektarlarla taxıl sahələrində artıq bir neçə gündür ki, biçin işləri başlayıb. Fermerlər sahələrə vaxtı-vaxtında aqrotexniki qulluq etdiklərini və yüksək məhsul gözlədiklərini deyirlər.
Builki məhsul əkin və biçinində suvarma suyunun və texnikanın bol olması fermerlərin işini xeyli asanlaşdırıb. Sahələrin tamamilə biçilib yekunlaşması üçün hətta qonşu rayonlardan da Ağsuya kombaynlar çağırıldığı bildirilib.
Qeyd edək ki, rayonda artıq 3 gündür biçin işləri gedir və bu 3 gün ərzində 2100 hektara yaxın məhsul əldə olunub. Orta hesabla bir günə təxminən 700 hektar sahə biçilir. Bu rəqəmlər mütəxəssislər tərəfindən yüksək qiymətləndirilir. Əkin işləri başlayandan bu günə kimi gübrələrin, suyun – ümumən bütün aqrotexniki qulluq növlərinin vaxtında və düzgün şəkildə aparılması yüksək məhsuldarlığa gətirib çıxarıb.
VAHİD FƏXRİ SPACE TV