Ağsu polisi qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin kultivasiya və yabanı halda yayılması hallarının qarşısının alınması məqsədilə əməliyyat-axtarış və profilaktik tədbirlər həyata keçirib. Plana uyğun olaraq rayonun Ərəbmehdibəy kəndi ərazisində yerləşən “Köhnə kolxozun gər bağı” adlanan yerdə, 2 hektar ərazidə ümumi çəkisi bir ton olan çətənə kolları aşkar edilib. Yabanı halda aşkar edilən çətənə kolları əraziyə cəlb edilmiş aqranom və hal şahidlərinin iştirakı ilə kökündən çıxarılıb və yandırılaraq məhv edilib.
Bu kimi tədbirlərin rayon polis şöbəsinin əməkdaşları tərəfindən il ərzində mütəmadi olaraq keçrilməsi nəzərdə tutulur.
VAHİD FƏRİ SPACE TV