Ağsuda kompleks dezinfeksiya işləri aparılıb

  • SpaceTV
  • 30 Mart 2020 14:30

Koronavirus infeksiyasının qarşısının vaxtında alınması məqsədilə Ağsu rayonu ərazisində kompleks profilaktiki tədbirlər davam etdirilir. 7 çoxmənzilli ictimai yaşayış binasında və 2 parkda dezinfeksiya tədbirləri həyata keçirilib. Bundan əlavə 16 kənd icra nümayəndəliyinin inzibati binasında və bir sıra poçt filiallarında dezinfeksiya işləri görülüb. Ağsu rayon Gigiyena və Epidemiologiya Mərkəzinin mütəxəssisləri tərəfindən binaların blokları, parkların əraziləri xüsusi dezinfeksiyaedici məhlullarla dərmanlanıb.

Əhalinin maarifləndirilməsi məqsədilə icra hakimiyyəti yanında qərargah yaradılıb. Görülən işlər zamanı əhaliyə də diqqətli olmağı tövsiyə edilir.

İnsanların, xüsusən, sıx toplaşdığı yerlərə daha çox önəm verilir və diqqətdə saxlanılır. Görülən işlərdən rayon sakinləri də razı qaldıqlarını bildirib.

Mütəxəssislər də öz növbəsində vətəndaşları virusa qarşı həmrəy mübarizəyə dəvət edirlər. Görülən tədbirlərin növbəti günlərdə də davam edəcəyi bildirilir.

VAHİD  FƏXRİ SPACE TV

Paylaş

 Xəbəriniz olsun