Rayonun Ülgüc kəndində yas mərasiminin keçirilməsi barədə polisə məlumat daxil olub. Polis əməkdaşları dərhal həmin ünvana gəlib və orada karantin rejim qaydalarının pozulduğu aşkar edilib. Mərasim polis əməkdaşları tərəfindən dayandırılıb və orada olanlardan 10 nəfər Polis Şöbəsinə dəvət edilərək barələrində inzibati tənbeh tədbirləri görülüb. Karantin rejiminin qaydaları və tələbləri onların diqqətinə çatdırılıb.
VAHİD FƏXRİ SPACE TV