Ağsuda it qadına hücum etdi

  • SpaceTV
  • 7 Oktyabr 2019 11:26

Ağsuda qadını it dişləyib.

SPACE TV xəbər verir ki, hadisə Abbasxanlı kəndində qeydə alınıb.

Kənd sakini, 1972-ci il təvəllüdlü Məmmədova Xalidə Tapdıq qızı həyətdə iş görərkən itin hücumuna məruz qalıb. Qolları yaralanan qadın dərhal yaxınları tərəfindən Ağsu Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. İlkin yardımdan sonra qadın evə buraxılıb. 

Ailə iddia edir ki, itdə quduzluq əlamətləri var. Hətta həyətdəki toyuqlar da it tərəfindən boğulub.

Paylaş

 Xəbəriniz olsun