Ağsuda infeksiya əleyhinə dezinfeksiya tədbirləri və ehtiyacı olan sakinlərə yardımların paylanması davam etdirilir.

  • Space TV
  • 16 Aprel 2020 15:20

Xüsusi karantin rejimi hökm sürməkdə davam edir. Bu dövr ərzində təxirəsalınmaz tədbirlər davam etdirilir. Əsas məqsəd insanların evdə qalması, özünütəcrid prosesinə qoşulmaları və sağlamlıqlarını qorumalarıdır. Şəhər ərazisində yerləşən binalar, küçələr, parkların hər biri xüsusi yuyucu maddələrlə mütəmadi olaraq yuyulur. Kafelər, restoranlar karantin rejimi bitənədək sakinlərin istifadəsinə bağlı qalacaq. Dezinfeksiya işləri Ağsunun mərkəzi ilə yanaşı, bütün kəndlərdə də həyata keçirilir. Ölkə başçısının “Biz birlikdə güclüyük” şüarına əsasən, rayon icra hakimiyyətinin təşəbbüs və təşkilatçılığı ilə yardıma ehtiyacı olan, ahıl, yaşı 65-dən yuxarı olan insanların siyahısı tərtib edilib. Siyahıda yer alan hər bir ailə ziyarət edilib, onlara yardım sovqatları paylanılıb. İdarə və müəssisə işçiləri, sahibkarlar, xeyirxah insanların qatıldığı aksiya nəticəsində indiyə kimi 350-dən çox ailəyə, ümumilikdə 570-dən çox sakinə yardım edilib.

Yardımların paylanmasında rayon könüllüləri yaxından iştirak edirlər. Qabaqlayıcı dezinfeksiya və yardım tədbirləri qarşıdakı günlərdə də davam edəcək. İnsanlardan karantin rejimi bitənədək evlərindən çölə çıxmamaları xahiş edilir.

Vahid Fəxri SPACE TV

Paylaş

 Xəbəriniz olsun