Ağsuda çay kənarları bərkidilir

  • SpaceTV
  • 1 May 2020 14:53

Əkin sahələrinin suvarma suyu ilə təminatını yaxşılaşdırmaq, qarşıdakı aylarda yaşana biləcək su qıtlığının fəsadlarını miniuma salmaq məqsədilə  aramsız işlər görülür. 80 min kubmetrlik ehtiyat su anbarının yaradılması, kanalların beton üzlüyə alınması, alternativ arxların çəkilməsi, hidrotexniki qurğularda əsaslı və cari təmir işlərinin aparılması həyata keçirilən qabaqlayıcı tədbirlərdəndir.

     Ağsu rayonunda  suvarılan 37071 hektar əkin sahəsi mövcuddur. Bu torpaqlarda, əsasən, taxıl, çuğundur, qarğıdalı, günəbaxan, yonca və bostan -tərəvəz məhsulları yetişdirilir. Sahələrin suvarılması üçün mənbə kimi  Yuxarı Şirvan kanalı, Girdimançay, Ağsuçay çaylarından və Cavanşir Su anbarından istifadə edilir. Torpaqların texniki suya olan tələbatının təxminən 50 faizi  Yuxarı Şirvan kanalı vasitəsilə ödənildiyindən  Meliorasiya və Su təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti  bu strateji su mənbəyindən  ayrılan 42 kilometrlik kanalda əsaslı təmir-bərpa işlərinə başlayıb.

Qısa müddət ərzində  19000 hektar əraziyə xidmət edən “maşın qolu” kanalının 2,6 kilometrlik hissəsi beton üzlüyə alınıb. Daha 17 kilometrlik hissədə isə  bu işlərin aparılması üçün maliyyə-smeta sənədləri hazırlanıb. Eyni zamanda sözügedən su gətirici məcranın başlanğıcında, ləngəbiz kəndinnin ərazisində 80 kubmetrlik ehtiyat su anbarının inşasına başlanılıb. Bir aydan sonra bu layihənin icrası yekunlaşdıqda  qarğıdalı, çuğundur və taxıl məhsullarının əkildiyi 180 hektar ərazinin  su təminatı əsaslı şəkildə yaxşılaşacaq.

Qarşıdakı aylarda da Ağsuda meliorasiya sahəsində layihələrin icrası, meliorativ tədbirlərin görülməsi davam etdiriləcək.

  VAHİD  FƏXRİ SPACE TV

Paylaş

 Xəbəriniz olsun