Ağsuda bıçaqlanma hadisəsi baş verib. Hadisə ailə üzvləri arasında yaşanıb.

  • SpaceTV
  • 22 Aprel 2020 14:38

Rayonun Vidadi küçəsi ev 31-də yaşayan Cəbiyevlər ailəsində bədbəxt hadisə yaşanıb. 53 yaşlı Arzu Cəbiyeva qardaşı, 46 yaşlı Müslüm Cəbiyevi bıçaqlayıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gedib. Məlum olub ki, müslüm Cəbiyev sərxoş halda mənzilə daxil olub. Evdə ailə münaqişəsi zəminində mübahisə yaranıb. Bu zaman Arzu Cəbiyeva soyuq silaha əl atıb. Mətbəx bıçağı ilə öz qardaşını vurub. Onları ayırmaq istəyən 82 yaşlı anaları – Maya Cəbiyeva da hadisə zamanı xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Vahid Fəxri  SPACE TV

                                                                                                   

Paylaş

 Xəbəriniz olsun