Ağsuda başlayan yanğın hektarlarla ərazini cənginə alıb.

  • Space TV
  • 17 İyun 2020 15:15

Bakı-Şamaxı-Yevlax magistral yolunun 150-159-cu kilometrliyində, Ağsu dolayları adlanan ərazidə güclü yanğın baş verib. 4 istiqamətdə başlayan yanğının söndürülməsi üçün FHN-nin Ağsu və qonşu rayonlarda yerləşən yanğınsöndürən birliklərinin xeyli sayda canlı qüvvəsi və texnikası əraziyə cəlb edilib. Aviasiya dəstəsinin iki helikopteri və Mülkü Müdafiə Qoşunlarının şəxsi heyyəti də yanğının söndürülməsinə səfərbər olub. Saatlarla davam edən mübarizədə artıq 20 hektardan çox sahə, o cümlədən taxıl zəmiləri, quru ot kolları, təbii və əl ilə salınmış meşə zolaqları yanıb. Rayonda olan su maşınları və kənd təsərrüfatı texnikaları əraziyə çağırılıb.

Yanğının söndürülməsi zamanı ərazidəki yollar bağlanıb, avtomobillərin hərəkəti dayandırılıb. Axşam saatlarınadək davam edən alov təxminən 20:30 radələrində lokallaşdırılaraq genişlənməsinin və ərazidən keçən elektrik naqillərini sıradan çıxarmasının qarşısı alınıb.

                                                                              VAHİD  FƏXRİ SPACE TV

Paylaş

 Xəbəriniz olsun