Rayon sakini Abuzərov Ramil Əli oğlu polisə müraciət edərək ona məxsus “VAZ- 2107” markalı avtomaşının naməlum şəxs tərəfindən oğurlandığı barədə məlumat verib.
Məsələ ilə bağlı Ağsu polisi təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirib və maşını oğurlayan şəxs tapılıb.
Araz Vəliyev avtomobili oğurlayaraq Şirvan şəhərinə aparıb və onu Məmmədov İlqar Telman oğluna satıb. Oğurluq etməyinə səbəb olaraq bir tərəfdən içkili olduğunu, digər tərəfdən isə imkansızlığını səbəb kimi göstərib.
Qeyd edək ki, avtomobil polis əməkdaşlarının səyi nəticəsində zərər görmədən sahibinə təhvil verilib. Faktla bağlı Ağsu Rayon Polis Şöbəsinin istintaq qrupunda araşdırma aparılır.
VAHİD FƏXRİ SPACE TV