Son dövrlərin qlobal bəlası olan Koronavirus epidemiyasının qarşısının alınması yönündə atılan addımlardan biri də 65 yaşdan yuxarı olan insanların çölə çıxmamalarıdır. Bu baxımdan onlarevlərindəcə ziyarət edilib. Rayon rəsmiləri evlərindəcə yaşlı insanların görüşünə əliboş getməyiblər. Müxtəlif növ sovqatlarla tənha yaşayan, qüsurlu və ahıl insanların könlü şad edilib. Bu hərəkətlə bir xalq olaraq necə həmrəy olduğumuz bir daha gözlər önünə sərilib və hazırda hökm sürən qlobal bəlanın da öhdəsindən həmrəycəsinə gələcəyimiz qaçılmazdır.
VAHİD FƏXRİ SPACE TV