Ağsuda 5 yaşlı uşağı avtomobil vuraraq öldürüb.

  • SpaceTV
  • 16 Aprel 2020 15:14

Rayonun Cəlayır kəndində yol-nəqliyyat hadisəsi qeydə alınıb. “VAZ 2107” markalı minik avtomobili hərəkətdə olarkən qəflətən qaçaraq yola çıxan 5 yaşlı Əsədova Gülər İxtiyar qızını vurub. Uşaq aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib. Məlumata görə, uşağın anası yol kənarındakı əkin sahəsində olarkən hadisə baş verib. Nəzarətsiz qalan uşağın avtomobil yoluna çıxması faciəyə səbəb olub. Faktla bağlı araşdırma aparılır.

Vahid Fəxri SPACE TV

Paylaş

 Xəbəriniz olsun