Ağsuda 5 yaşayış məntəqəsini əhatə edən yolun yenidən qurulması yekunlaşır

  • SpaceTV
  • 8 Avqust 2019 21:24

Dövlətimizin başçısının tapşırıq və sərəncamlarına əsasən, beynəlxalq əhəmiyyətli yolların inşası ilə yanaşı, yeni kənd yollarının çəkilməsi, mövcud yolların yenidən qurularaq müasir səviyyəyə çatdırılması istiqamətində çox mühüm layihələr icra olunur. Ağsu rayonunun Xatman-Hacman-Kalva-Suraxanı avtomobil yolunun yenidən qurulması da bu tədbirlər sırasındandır.

SPACE.TV– Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən bildirir ki,   Ağsu rayonunun Xatman-Hacman-Kalva-Suraxanı avtomobil yolu 2 min əhalinin yaşadığı 5 yaşayış məntəqəsini əhatə edir və vətəndaşların Muğanlı-İsmayıllı avtomobil yoluna çıxışı təmin etməklə sözügedən kəndlər arasında nəqliyyat əlaqəsini xeyli yaxşılaşdırılacaq, yolun yenidən qurulması kənd təsərrüfatı və turizmin inkişafına gətirib çıxarmaqla yol boyu yaşayan əhalinin sosial rifah halına müsbət təsir etmiş olacaq.

Muğanlı-İsmayıllı avtomobil yolunun 7-ci km-dən ayrılan Xatman-Hacman-Kalva-Suraxanı avtomobil yolunun uzunluğu 15 km-dir.

IV texniki dərəcəli avtomobil yolu çınqıl örtüklü olmaqla uzun illər istismar olunduğundan və təmir işləri aparılmadığından yolun torpaq yatağı və yol əsası istismar müddətini keçmiş, yararsız vəziyyətə düşmüşdür. Avtomobil yolunun təmir olunmasına ehtiyac yaranmışdır. Bu üzdən Prezident İlham Əliyev tərəfindən imzalanan sərəncama əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi yolun yenidən qurulması istiqamətində başlanılan işlər yekunlaşmaq üzrədir.

Yenidənqurma işləri çərçivəsində torpaq yatağının yararsız qruntu qazılaraq çıxarılıb, yolun üst yamac hissəsi kəsilib, torpaq yatağı qazılıb, əvəzinə yararlı qrunt tökülərək yayılıb kipləşdirilib. Zəruri olan yerlərdə 1 m diametrində dəmir-beton suötürücü boruların quraşdırılması və izolyasiyası işləri də görülüb.

Layihənin sonuncu mərhələsində nisə yol boyu 10 ədəd avtobus dayanacağı tikiləcək, hərəkətin normal təşkili üçün 45 yol nişanı, 15 km göstəricisi, 680 siqnal dirəyi quraşdırılacaq, 45 km uzunluğunda üfiqi nişanlama xətlərinin çəkilişi işləri aparılacaq.

Paylaş

 Xəbəriniz olsun