Ağsu və Şamaxıda zəlzələnin nəticələrinin aradan qaldırılmasına 6 milyon manat ayrılıb

  • Space TV
  • 20 Avqust 2020 12:22

Prezident İlham Əliyev Ağsu və Şamaxı rayonlarında baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. 

Spacetv.az-ın xəbərinə görə, sərəncama əsasən, zəlzələlər nəticəsində Ağsu və Şamaxı rayonlarında yaşayış evlərinə dəymiş ziyanın aradan qaldırılması işlərinin davam etdirilməsi məqsədilə həmin evlərin təmiri üçün 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Ağsu və Şamaxı rayon icra hakimiyyətlərinin hər birinə 3,0 (üç) milyon manat ayrılıb.

Paylaş

 Xəbəriniz olsun