Tanınmış usta torpaqlarımızın müdafiəsi əlil olan qazilərimizin avtomobillərinin təmirini təmannasız həyata kecirir.
Space.TV –məlumat verir ki, Ağstafa sakini Muxtar Tağıyev uzun illərdir ki, qarabağ müharibəsində canlarını fəda etmiş qazilərimizin avtomobillərinə təmənnasız xidmət edir. Onun yanına müxtəlif rayonlardan da qazilər gəlir. Sexdə avtomobillərin cərəyan sistemi ilə məşğul olan elektrik-usta deyir ki, istənilən halda 1-ci qazilərin avtomobillərinə xidmət göstərilir.
20 ildir ki usta kimi faliyyət göstərən Muxtar Tağıyev bu cür xidmətlə onların yaralarına məlhəm olacağını düşünür. Usta işlədiyi sexin qarşısına belə bir lövhə də vurub ki, yalnız Ağstafadan olan qazilər yox, eyni zamanda digər rayondan olanlar da bu xidmətdən yararlansınlar.
Vasif vaqifoğlu Space Ağstafa