Ağstafada iki nəfər güllələndi

  • SpaceTV
  • 31 Oktyabr 2019 14:38

Ağstafa rayonunda güllələnmə hadisəsi baş verib.

SPACE TV xəbər verir ki, hadisə rayonun Köçəsgər kəndində qeydə alınıb. 

Kənd sakinləri – 1968-ci il təvəllüdlü Məmmədov Qabil Ələsgər oğlu və 1959-cu il təvəllüdlü Əlləcov Yusif Əsgər oğlu güllə yarası alıblar.

Yaralılar xəstəxanaya çatdırılıb.

Hadisənin hansı şəraitdə baş verdiyi müəyyənləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Paylaş

 Xəbəriniz olsun