Ağstafada hektarlarla taxil sahəsi fermerlərin büdcəsinə gəlir yox zərər vermiş olacaq . Bunun səbəbi bəlli olmayan heyvan sürülərinin sahiblərinin gecə vaxtı taxil sahələrindən otlaq kimi istifadə edərək ərazini məhv etməsidir. Rayonun Dağkəsəmən kəndindən olan 30 fermer dağlıq ərazidə əkdikləri dəmyə taxil sahələri heyvanların tapdağı altında qalıb . Sahibkarlar bildirir ki ,əkin sahələri ilə yaşayış məntəqəsi arasındakı məsafə 10 kilometr təşkil edir .Məhz uzaq məsafə daha cox cobanların və onların təsərüfatının işinə yarayır . fermerlər deyir ki yaşıl olan taxıl sahələri dağlıq ərazidə heyvan saxlayan cobanların əkin sahəsinə qənim kəsilməsi ilə nəticələnir .
Taxıl sahəsinə diqqət edəndə aşıq aydın heyvanların izləri eləcədə bitginin gövdəsinin kəsildiyini görmək olur .
Sinxron Namiq Məmmədov . zərərcəkən
Hər bir hektara 350-400 manat arası xərc cəkdiyi bildirən fermerlər belə davam edərsə ili ziyanla başa vuracaqlarını deyirlər.
Sinxron Namazov İttifaq zərərcəkən
Fermerlər bildirir ki onlara əsas ziyanlıq verənlər yaxınlıqda olan ferma sahibləri eləcədə dağlıq ərazilərdə alacıq quraraq heyvan saxlayan cobanlardır
Ərazidə cəkiliş aparırdıq ki fermerlərdən birinə məxsus taxil sahəsində bir sürü mal qaranın otladığının şahidi olduq . belə olan halda fermerlər heyvanları ərazidən cıxarıb sahibini tapdılar amma buda vəziyyəti həll etmiş olmadı . Bəs sahibkara dəymiş zərərini kim ödəyəcək . Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirdilər ki məlum məsələ ilə bağlı bir qrup sahibkar onlara müraciət edib . Amma məsələ mülkü oldğundan məhkəmədə həllini tapa bilər bunun ücün sahibkarlar mərkəzdən mütəxəsis götürərək dəymiş zərərin həcmini hesablayıb məhkəməyə müraciət etməlidirlər . Bundan sonra onlara dəymiş ziyan bəlli olan heyvan sahibləri tərəfindən ödəniləcək .
Vasif Vaqifoğlu SPACE TV