Space.TV – Müsəlmanların müqəddəs Qurban bayramı bu gün ölkəmizin hər yerində təmtəraqla qeyd olunur. Ağstafa rayonunda da Qurban bayramı insanların bu bayramda bir birini təbrik etməsi bayram sevinclərini bölüşməsi eyni zamanda bayram payı olan Quran paylarının alınması ilə davam etdi . İslam qaydasına uyğun olaraq heyvanlar kəsildi. Bir sözlə hər kəsin qazanı qurban tikəsi ilə qaynamış oldu . Sakinlərdə bu Bayramda firəvan ölkəmizin hər bir vətəndaşını təbrik etməyi unutmadılar.
Qurban bayramı müsəlmanların ən qədim bayramlardandır. Dini qurban kəsmə mərasimi İslamdan da əvvəl mövcud olub, lakin o vaxtlar günahdan təmizlənmək, qəzəblənmiş Allahın könlünü almaq və s. nəzərdə tutulurdu. İslam aləmində ən müqəddəs bayramlardan biridir. Bütün müsəlman aləmində hər il hicri təqvimi ilə zilhüccə ayinin 10-cu günündən başlayır və adətən üç gün davam edir. Mərasimlərdə qoyun , qoç ,inək , dana və dəvə kəsilir.
Qurbanın bir hissəsindən din xadimlərinə pay göndərilir, bir hissəsi isə kasıblara paylanır. Hamıya bərabər pay verilir, qurban kəsən özü də bərabər pay götürə bilər. Ənənəyə görə kasıblar bayram günü ac qalmasınlar deyə bu gün mərasimlərə dəvət olunurlar.
Vasif Vaqifoğlu Ağstafa – Space