Ağstafada qəza

  • Space TV
  • 24 Dekabr 2019 15:35

Bakı-Qazax avtomagistralının  460 ci kilometrliyində Ağstafa rayonunun Qırılı kəndi ərazisindən keçən hissəsində  Gəncə şəhər sakini 28 yaşlı Arzu Talıbov idarə etdiyi 20 BO 006 nömrəli minik maşını ilə  nəqliyyat vasitəsi ilə üzü Qazax istiqamətində hərəkətdə olarkən yolun əks hərəkət  istiqamətində qoyunları vurub. Hadisə nəticəsində 15  qoyun tələf olub. Üç qoyun isə ölümcül hala düşüb.Xoşbəxtlikdən heyvanları yoldan kecirmək istəyən  7 yaşlı  uşaq  ölümün  pəncəsindən xilas  olub .Təsərüfat sahibi  Mehtixan Yahyayev bildirir ki  hadisə baş verdikdə   hava  acıq  olub lakin sürücünün yüksək sürətlə  avtomobili idarə etməsi   qəzanı  qaçılmaz edib . Faktla bağlı araşdırma aparılır.

Vasif Vaqifoğlu  SPACE TV

Paylaş

 Xəbəriniz olsun