“Ağstafa” elektrik yarımstansiyasının yenidənqurmadan sonra açılışı olub

  • Space TV
  • 4 Mart 2020 11:25

Martın 4-də 110/35/10 kilovoltluq “Ağstafa” elektrik yarımstansiyası yenidənqurmadan sonra istismara verilib.

SPACE TV  xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.

“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri Vüqar Əhmədov dövlətimizin başçısına yarımstansiya haqqında məlumat verib.

Prezident İlham Əliyev yarımstansiyanı işə salıb.

Sonda xatirə şəkli çəkdirilib.

Paylaş

 Xəbəriniz olsun