Ağlayaraq şəhidlərdən danışdı, bütün salon ayağa qalxdı: “Nə mutlu türküm deyənə”

  • SpaceTV
  • 3 Mart 2020 13:19

Partiya iclasında danışan “İYİ” partiyasının rəhbəri Meral Akşənər 20 dəqiqəlik nitqinin hamısını Türkiyənin İdlibdəki şəhidlərinə ayırıb.

SPACE TV  xəbər verir ki, nitqindən öncə salondakılarla birgə “İstiqlal” marşını oxuyan Akşənər daha sonra İdlibdə şəhid olan 37 əsgərin adını bir-bir səsləndirib. Salondakılarla birgə “Nə mutlu türküm deyənə” şüarını səsləndirdikdən sonra Akşənər göz yaşlarına hakim ola bilməyib.

Paylaş

 Xəbəriniz olsun