Ağırlıqqaldırma olimpiadanın proqramından çıxarılır

  • SpaceTV
  • 14 Oktyabr 2020 16:56

Beynəlxalq Olimpiya Komitəsi (IOC) ağırlıqqaldırma idman növünü 2024-cü ildə Fransanın paytaxtı Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarının proqramından çıxarmağı nəzərdən keçirir.

Spacetv.az xəbər verir ki, bu barədə IOC-un rəsmi saytı məlumat yayıb.

Səbəb kimi Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının (IWF) qurumun prezidenti səlahiyyətlərini icra edən ABŞ nümayəndəsi Ursula Papandreanı taylandlı İntarat Yodbanqtoyla əvəzləməsi göstərilib.

IOC IWF rəhbərliyinə iradlarını çatdıraraq bildirib ki, ağırlıqqaldırmanı “Paris-2024″ə buraxılma məsələsi ilə bağlı gələcəkdə tədbirlər görmək qərarını özündə saxlayır. Federasiyanın addımlarından asılı olaraq, Oyunların proqramına baxıla bilər.

Paylaş

 Xəbəriniz olsun