Bərdə rayonunda 6 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Rayonun Lək kəndi ərazisində “Lada” markalı iki minik avtomobili toqquşub. Nəticədə hər iki avtomobilin sürücüləri də daxil olmaqla, 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Hadisə zamanı Bərdə rayon sakinləri Sərxan Əlikram oğlu Ramazanov, Elnur Dəmir oğlu Qurbanov, Tahirə Məhyəddin qızı Suleymanova, Elman Əjdər oğlu Məmmədov, Zəminə Səməd qızı İsmaylova, Xankişi Elçin oğlu İsmaylov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Bərdə rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda vəziyyətləri orta ağırır. Faktla bağlı araşdırma aparılır.
Emin Babayev SPACE TV