Ağır yol qəzası: bir nəfər öldü, 3 nəfər yaralandı

  • Space TV
  • 21 Avqust 2020 13:28

Bakı-Şamaxı yolunda 1 nəfərin ölümü, 3 nəfərin yaralanması ilə  nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Spacetv.az-ın məlumatına görə, Qobustan sakini Qüdrət Şahverdiyev idarə etdiyi “90-BD-843” dövlət nömrə nişanlı “KİA” Rio markalı minik avtomobili ilə rayonun Acıdərə adlanan ərazisində hərəkətdə olarkən eyni istiqamətdə irəliləyən “37-AC-065” dövlət nömrə nişanlı yanacaq daşıyan “Kamaz” markalı yük avtomobilinə arxa tərəfdən çırpılıb. Hadisə zamanı “Kia”nın sürücüsü Qüdrət Şahverdiyev, sərnişinlər – 22 yaşlı Şahverdiyeva Sevda Oqtay qızı və 9 yaşlı Məmmədov Fateh Nəsimi oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şamaxı Diaqnostika Mərkəzinə və rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər. 10 yaşlı Məmmədova Aytac Nəsimi qızı isə aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdıma aparılır.

Vahid  Fəxri, Spacetv.az

Paylaş

 Xəbəriniz olsun