Ağır yol qəzası baş verib

  • SpaceTV
  • 10 Avqust 2020 13:48

Qaxda idarəetmədən çıxan avtomobil ağaca çırpılıb. Space TV-nin məlumatına görə, axşam saatlarında şəhərin Heydər Əliyev prospekti ilə İsmayıl Dağıstanlı küçəsinin kəsişməsində Qax şəhər sakini, 43 yaşlı Ramil Əzizov idarə etdiyi avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və avtomobili divara çırpıb. Nəticədə Ramil Əzizov aldığı ağır bədən xəsarətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

İlkin Piranov, Space TV

Paylaş

 Xəbəriniz olsun