Ağır yol qəzası baş verib

  • Space TV
  • 29 Avqust 2020 15:26

Salyanda ağır yol qəzası baş verib, 1 nəfər ölüb.  Spacetv.az-ın məılumatına görə, hadisə bu gün səhər saatlarında Salyan-Neftçala avtomobil yolunun rayonun Kürqaraqaşlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, Kürqaraqaşlı kənd sakini, 68 yaşlı Sərdar Zeynalovun idarə etdiyi “VAZ-2106” markalı avtomobil “Mersedes” markalı avtomobillə toqquşub. Toqquşma zamanı “Mersedes” markalı avtomobil yoldan çıxaraq yaxınlıqdakı su kanalına, “VAZ-2106” markalı avtomobil isə ciddi zədələnərək yararsız hala düşüb. Qəza nəticəsində “VAZ-2106”nın sürücüsü Sərdar Zeynalov aldığı ağır bədən xəsarətlərindən hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.

Təyyar Nəsirli, Vüqar Qaliboğlu, Space TV

Paylaş

 Xəbəriniz olsun