Ağır yol qəzası baş verib

  • Space TV
  • 19 Avqust 2020 14:20

Balakəndə ağır yol-nəqliyyat hadisəsi baş verib. Qəza nəticəsində ana ölüb, iki qızı isə xəsarət alıb. Space TV-nin məlumatına görə, axşam saatlarında Balakən-Qabaqçöl avtomobil yolunun Talalar kəndi ərazisindən keçən hissəsində Xalatala kənd sakini, 60 yaşlı İbrahim Mehdiyevin idarə etdiyi minik avtomobili ilə rayon sakini, 26 yaşlı Ömər Əlibəyovun sükanı arxasında olduğu digər avtomobil toqquşub. Qəza zamanı “VAZ 21099” markalı avtomobildə olan sərnişin – rayonun Xalatala kənd sakini, 71 yaşlı  Həvva  Məmmədova Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib. Sürücü İbrahim Mehdiyev və digər sərnişinlər, qəza zamanı ölən qadının qızları – 37 yaşlı Xanım Mammədova və 49 yaşlı Mehriban  Burbaşova müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.
Yaralılardan İbrahim Mehdiyevin müalicəsi Zaqatala RMX-də davam etdirilir. Digər yaralıların vəziyyəti yüngül olduğundan onlara xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar.
Faktla bağlı Balakən Rayon Polis Şöbəsində araşdırma aparılır.

İlkin Piranov,  Space TV

Paylaş

 Xəbəriniz olsun