Ağır yol qəzası

  • Space TV
  • 3 Sentyabr 2020 14:16

Hacıqabulda yol qəzası baş verib.  1 nəfər ölüb, digəri  isə xəsarət alıb. Faktla bağlı araşdırma aparılır. Spacetv.az-ın məlumatına görə, hadisə ötən gecə Bakı-Qazax magistral yolunun Hacıqabul rayonunun Muğan kəndinin ərazisindən keçən hissəsində qeydə alınıb.  Pomidorla  dolu, Bərdə rayon sakini, 23 yaşlı  sürücü Coşqun Rzayevin  idarə   etdiyi  “Ford”markalı avtomobili   mişar daşı daşıyan “Kamaz” markalı yük maşınının arxa hissəsinə çırpılıb. Qəza nəticəsində “Ford”un sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb, avtomobildə olan sərnişin, Bərdə sakini, 29 yaşlı Qabil İbrahimov isə hadisə yerində dünyasını dəyişib. Sürücü Coşqun Rzayev Kürdəmir rayon Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Paylaş

 Xəbəriniz olsun