Ağır yol qəzası

  • Space TV
  • 11 Noyabr 2019 18:08

Hadisə Bakı-Qazax magistral avtomobil yolunun Dəliməmmədli şəhəri istiqamətindən keçən hissəsində qeydə alınıb. İlkin məlumata əsasən,  “Hyundai Santafe” markalı avtomobil hərəkətdə olarkən qarşı tərəfdən gələn 99  “VAZ 21 011” markalı avtomobillə toqquşub. Qəza nəticəsində “VAZ ” markalı avtomobildə olan 3 sərnişin – 1990-cı il təvəllüdlü Hüseyn Məmmədov , 1983-cü il təvəllüdlü İlhamə Məmmədova , 1988-ci il təvəllüdlü Elnur Əliyev , 1960-cı il təvəllüdlü Tamam Əliyeva və 1957-ci il təvəllüdlü Svetlana Məmmədova  ağır vəziyyətdə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Hadisə zamanı daha üç nəfərin də xəsarət aldığı deyilir. İlkin məlumata görə qəzaya “VAZ 21 011” markalı avtomobilin qəfildən “Hundai” markalı maşının qarşısına çıxması səbəb olub.

Zakir Muradov  SPACE TV

Paylaş

 Xəbəriniz olsun