Ağır yol qəzası 3 nəfərin həyatına son qoydu

  • SpaceTV
  • 12 Avqust 2019 12:10

Space.Tv-nin xüsusi müxbiri məlumat verir ki, Qaxda ağır yol-qəza hadisəsi baş verib.

 Dəhşətli qəzada 3 nəfər ölüb, 3 nəfər isə yaralanıb. Hadisə Şəki-Qax avtomobil yolunun 30-cu kilometrliyində, Qax rayonu ərazisində baş verib. Zaqatala istiqamətində hərəkətdə olan rayon sakininin idarə etdiyi minik avtomobili, Qax sakini Akif Ağayevin avtomobili ilə toqquşub. Nəticədə sürücü Akif Ağayev,onun həyat yoldaşı Leyla Ağayeva və bacısı oğlu 21 yaşlı Tural Nəzərov hadisə yerində ölüb.

Avtomobildə olan sürücünün qızı Asya Ağayeva həmçinin digər avtomobildə olan Zaqatala sakinləri Sevda Mirzəyeva və Çağrı Kərimzadə aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qax rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Onların vəziyyəti orta-ağır qiymətləndirilir. Faktla bağlı araşdırmalara başlanılıb.

Paylaş

 Xəbəriniz olsun