Ağır yol qəzası

  • SpaceTV
  • 2 Noyabr 2019 16:19

Hadisə  magistralın 79-cu km-də-Siyəzən rayonu ərazisində baş verib. Xaçmaz şəhər sakini, 40 yaşlı Hüseyn Səfərəli oğlu İsmayılovun idarə etdiyi “Lada Kalina”markalı avtomobillə Bakı sakini, 40 yaşlı Səbuhi Çingiz oğlu Quliyevin idarə etdiyi “Mercedes” markalı nəqliyyat vasitəsi toqquşub. Nəticədə hər iki avtomobilin sürücüsü – Hüseyn İsmayılov və Səbuhi Quliyev və “Lada”dakı  2 qadın sərnişin hadisə yerindəcə ölüb. “Mercedes”dəki 2 qadın sərnişin – Xaçmazın Qarabağlı kənd sakinləri olan nənə və nəvə – 61 yaşlı Mehriban və Sevgi Vəliyevalar müxtəlif xəsarətlərlə Siyəzən regional Müalicə Diaqnostika Mərkəzinə çatdırılıblar. Onların vəziyyəti orta ağır kimi qiymətləndirilir. Hazırda faktla bağlı araşdırma aparılır.

Emin Vaiqoğlu SPACE TV

Paylaş

 Xəbəriniz olsun