Ağır yol qəzaları artıb -VİDEO

  • SpaceTV
  • 12 May 2020 11:49

Tətbiq edilən məhdudiyyətlər bir müddət yolların boş qalması ilə nəticələndi. Elə buna görə də qəza xəbərləri də  yox dərəcəsində idi.  Karantin rejimi qaydalarının yumuşaldılması ilə ağır qəza xəbərləri də gəlməyə başladı. Sanki insanlar evdə qalanda itirdikləri zamanı kompensasiya etmək fikrinə düşdülər. Nədənsə hər kəsdə bir tələskənlik yarandı. Təkcə  bu ayın ilk 5 günündə 11 nəfərin ölümü ilə nəticələnən yol qəzaları qeydə alınıb. Dünən Kürdəmir ərazisində baş verən dəhşətli hadisə isə bu qəzaların kuliminasiyası oldu. Bir ailənin 5 üzvü olmaqla ümumilikdə 7 nəfər diqqətsizliyin və tələsgənliyin qurbanı oldu.

Baş Dövlət Yol Polis İdarəsinin rəsmisi Mübariz Ağayev  yaşanan hadisələrə səbəb kimi həm də nəqliyyat vasitələrindən bir müddət  uzaq düşən sürücülərin  avtomobil idarə etmə vərdişlərini  yadırğamaları ilə əlaqələndirdi.  Sürücülər belə fasilələrdən sonra avtomobil idarə edərkən daha diqqətli olmalıdırlar. Çünki, nəqliyyat vasitəsi onunla düzgün rəftar edilmədiyi halda təhlükə mənbəyinə çevirilir. Ekspertlər də qəzaların əksəriyyətini yüksək sürət və nəqliyyat vasitəsinin istismar qaydalarının pozulması ilə əlaqələndirir.

Bir sıra qaydalar varki yola çıxmazdan əvvəl və hərəkət zamanı onları unutmaq yox,  son dərəcə ciddi şəkildə bu qaydalara əməl etmək lazımdır.

Tələb olunan qaydalara əməl etməklə siz yalnız özünüzü yox,  həm yaxınlarınızı, həm də tanımadığınız başqa insanları da qorumuş olacaqsınız. Onu da unutmayın ki, gedəcəyiniz yerə bir qədər tez çatmaq niyyəti sizi mənzilbaşına yox,  son mənzilə apara bilər.

ORXAN ŞÜKÜR SPACE TV

Paylaş

 Xəbəriniz olsun