Ağır yol-nəqliyyat hadisəsi baş verib

  • Space TV
  • 9 Sentyabr 2020 16:24

Lənkəranda ağır yol-nəqliyyat hadisəsi baş verib. Qəzada 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb. Spacetv.az-ın məlumatına görə, qəza Lənkəran-Boradigah yolunun Girdəni kəndindən keçən hissəsində baş verib.  Rayonun İstisu kənd sakini, 34 yaşlı Mais Kəlbiyevin idarə etdiyi “VAZ-2107” markalı avtomobillə Günəhir kənd sakini, 42 yaşlı Asif Fərəcovun idarə etdiyi “Ford” markalı yük avtomobili toqquşub. Qəzada ağır yaralanan 41 yaşlı Mahir Əhmədov xəstəxanaya aparılan zaman yolda vəfat edib. “VAZ-2107″də olan və yaralanan digər şəxslər 73 yaşlı Güldərən Əhmədova və  6 yaşlı Hüseyn Əhmədzadə, eləcə də 52 yaşlı Sevil Abdullayeva və sürücü Mais Kəlbiyev Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Sürücü Reanimasiya şöbəsinə, xəsarət alan sərnişinlər isə travmatologiya şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Paylaş

 Xəbəriniz olsun