Bir neçə gün öncə 49 və 106 saylı avtobuslarının iştirakı ilə baş vermiş qəzada 9 nəfər, ötən axşam isə 57 saylı xəttə və Baku busa məxsus avtobusun iştirakı ilə nəticələnən qəzada8 sərnişinin xəsarət alması onu deməyə əsas verir ki, paytaxtı əhatə edən sərnişindaşımada sərnişinlərə göstərilən xidmət keyfiyyəti bir o qədərdə ürəkaçan deyil.
Hadisə Qara Qarayev prospekti ilə Bəhruz Nuriyev küçəsinin kəsişməsində baş verib. 57 saylı avtobusun sürücüsü idarə etdiyi avtobusla dayanacağa daxil olmaq istəyən zaman sürət yüksək olduğu üçün idarə etməni itirib və nəticədə qarşısında olan digər sərnişin avtobusuna çırpılıb.Qəza zamanı xəsarət alan yaralılardan 6-sı 3 saylı şəhər xəstəxanasına 2 yaralı isə Kliniki Tibbi mərkəzə aparılıb.
57 saylı avtobusun xətt nəzarətçisi natiq mahmudov deyir ki, qəzada xəsarət alan yaralılara rəhbərlik tərəfindən lazimi köməklik göstərilib, xəstəxanada ilkin yardım göstərildikdən sonra vəziyyətləri yaxşılaşdığı üçün evə buraxılıblar.Nəzarətçi qəzanın Bakubusa məxsus avtobusun sürücüsü tərəfindən törədildiyini də iddia etdi
Baş vermiş yol nəqliyyat hadisənin dəqiq səbəbləri isə DYP tərəfindən araılan araşdırmalardan sonra məlum olacaq
RƏŞAD VƏKİLOĞLU SPACE TV