Agentlik sürücülərə müraciət etdi: “Alternativ yollardan istifadə edin”

  • SpaceTV
  • 26 Sentyabr 2020 11:01

Təmir işləri ilə əlaqədar Biləcəri-Binəqədi yolunun Binəqədi şosesinə birləşən hissəsində sentyabr ayının 26 və 27-i hərəkət qismən məhdudlaşdırılacaq.

Spacetv.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat yayıb.

Sürücülərdən sözügedən ərazidə sıxlıq yaranmasın deyə öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

Paylaş

 Xəbəriniz olsun