Ağdaşda sürücünün ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

  • Space TV
  • 8 İyun 2020 14:18

 “Niva” marklı avtomobillə Ağdaş-Ərəb yolunda hərəkət edən Kükəl kənd sakini, 33 yaşlı Hacı Qədirov qəza törədib. Sürücü anidən idarəetməni itirib və maşın yoldan çıxaraq aşıb. Hacı Qədirov aldığı ağır bədən xəsarətlərindən yerindəcə dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.

                                                                              VAHİD  FƏXRİ SPACE TV

Paylaş

 Xəbəriniz olsun