Ağdaşda partlayış baş verib. Evdə istifadə edilən qaz balonu alışıb.

  • SpaceTV
  • 13 Aprel 2020 14:19

Rayonun Pirkələ kəndində – kənd sakini, 42 yaşlı Elnur Aslanov yaşadığı evdə qaz balonunu yandıran zaman anidən partlayış olub. Nəticədə ev sahibi müxtəlif yanıq xəsarətləri alıb. Yaralı dərhal Ağdaş Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vəziyyəti ağır olduğundan Bakı şəhərindəki Respublika Yanıq Mərkəzinə aparılıb.

 Hadisənin nədən baş verdiyi hələ ki, məlum deyil. Faktla bağlı araşdırma aparılır.

VAHİD  FƏXRİ SPACE TV

Paylaş

 Xəbəriniz olsun