Ağdaşda oğurluq edən qardaşlar yaxalanıb.

  • Space TV
  • 30 Yanvar 2020 16:42

Rayonun Şıxlı kənd sakini polisə müraciət edərək, bildirib ki, kənddə ona məxsus olan mağazadan 1200 manat dəyərində danışıq kartları və ərzaq məhsulları yoxa çıxıb. Dükan sahibi malların naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını qeyd edib. Keçirilən axtarış-əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəxslər saxlanılıb. Məlum olub ki, onlar Şıxlı kənd sakinləri – Coşqun və Seymur Məmmədov qardaşlarıdır. Qardaşlar məsuliyyətə cəlb edilib və onların törətdikləri digər cinayət əməllərinin də üstü açılıb.

Bundan əlavə Seymur Məmmədovun rayon ərazisində yerləşən mağazaların birindən 150 manat pul, Coşqun Məmmədovun isə başqa bir şəxslə əlbir olub, 2 avtomobildən maqnitofonlar oğurladıqları məlum olub.

Faktla bağlı Ağdaş RPŞ-nin İstintaq qrupunda saxlanılan şəxslər barəsində cinayət işi başlanılıb, onların digər əməllərdə iştiraklarının olub-olmaması araşdırılır.

VAHİD  FƏXRİ SPACE TV

Paylaş

 Xəbəriniz olsun