Ağdaşda karantin qaydalarını pozaraq kütləvi şənlik təşkil edən obyekt sahibi və müştərilər saxlanılıb.

  • SpaceTV
  • 29 İyun 2020 15:09

Xüsusi karantin qaydalarını pozaraq şəhər ərazisində yerləşən kafelərin birində 50 nəfərdən artıq şəxsin bir yerə toplaşaraq məclis təşkil etdiyi müəyyən edilib. DİN-in Şəki regional qrupundan verilən məlumata görə, həmin şəxslər restoranın açılışını qeyd etmək məqsədilə bir yerə toplaşdıqlarını bildiriblər. Polis əməkdaşları tərəfindən məclisi təşkil edən şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib olunub və baxılması üçün rayon  məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə obyekti işlədən Asif İbrahimov 10 gün müddətinə inzibati həbs olunub, digərləri isə cərimələniblər.

                                                                          VAHİD  FƏXRİ SPACE TV

Paylaş

 Xəbəriniz olsun