Ağdaşda iki “KamAZ” toqquşub

  • SpaceTV
  • 19 Sentyabr 2020 10:26

Ağdaş rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Spacetv.az-ın məlumatına görə, hadisə Ləki qəsəbəsində qeydə alınıb.

Bildirilib ki, hərəkətdə olan “KamAZ” markalı yük avtomobili yolun kənarında dayanmış digər “KamAZ”a çırpılıb.

Hadisə zamanı xəsarət alan olmasa da, yük avtomobillərindən biri aşıb.

Paylaş

 Xəbəriniz olsun