Ağdaşda dəhşətli ailə faciəsi baş verib

  • Space TV
  • 20 İyul 2020 16:16

Rayonun Nehrəxəlil kənd sakini, 25 yaşlı Nuranə Elburus qızı Səttarova  2012-ci ildə Tofiqi kənd sakini, 32 yaşlı Tural Tahir oğlu Səttarov ilə ailə həyatı qurub.  Kənd sakinlərinin sözlərinə görə, bir həftə öncə ailə münaqişəsi zəminində tərəflər arasında müəyyən söz-söhbətlər yaşanıb. Bundan sonra N.Səttarova atası evinə gedib. Bu gün günorta saatlarında T.Səttarov qayınatasıgilə gedərək yenidən yoldaşı ilə münaqişə edib. Münaqişə daha da qızışaraq Turalın bıçağa əl atması ilə nəticələnib. Hədəf olan Nuranə 7-8 zərbə ilə ölümcül yaralanıb və həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, bu evlilikdən onların üç azyaşlı övladları var. Faktla bağlı Ağdaş Rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.

                                                                              VAHİD  FƏXRİ SPACE TV

Paylaş

 Xəbəriniz olsun