Ağdaşda 100-dən çox azyaşlı virusa qapılıb. Virusun yoluxucu olduğu bildirilir.

  • SpaceTV
  • 20 Fevral 2020 15:57

Rayonunun Abad kəndində əhali arasında kütləvi şəkildə qızdırma halı baş verib. Uşaqlar və böyüklər qrip və suçiçəyinə yoluxub. Abad kənd icra nümayəndəsi Lətif Müstafayev bildirib ki, 10 gün əvvəl kənddə bir neçə adam qripə yoluxmuşdu. Fevralın 9-da qar yağandan sonra xəstələnən şəxslərin sayı xeyli artıb. Virusa, əsasən, uşaqlar  yoluxub, qızdırmadan əziyyət çəkirlər. İcra nümayəndəsinin sözlərinə görə Abad kənd tam orta məktəbinin 300-dən çox şagirdi var, indiyədək 100-dən çox uşaq ötən 10 gün ərzində ayrı-ayrı vaxtda xəstələndiyi üçün dərsə gəlməyib.

Ağdaş rayon Mərkəzi Xəstəxanasının həkim briqadası Abad kəndinə ezam olunub.  Həkimlər orta məktəbdə oxuyan şagirdləri müayinə ediblər. Sonra tibb işçiləri evlərə gedərək, xəstələndiyi üçün dərsə gələ bilməyən uşaqları müayinə ediblər.

Həkimlər xəstəliyin qar yağıntısından sonra uşaqlar arasında yayıldığını bildirib və əhaliyə diqqətli olmağı tövsiyə ediblər. 

VAHİD  FƏXRİ SPACE TV

Paylaş

 Xəbəriniz olsun