Ağdamlı musiqiçilər yaşlı insanlara konsert programı təşkil edib

  • SpaceTV
  • 27 Aprel 2020 14:54

Dövlət himayəsində olan yaşlı insanların görüşünə gedən Ağcabədi regional Mədəniyyət idarəsinin əməkdaşları bir anlıq olsada onların ruhunu oxşaya bilib.  Bilgəh qəsəbəsində yerləşən pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssəsində yaşayan evdə qal prinsipinə əməl edən yaşlı insanlar eyvanlara çıxaraq qarabağlı musiqiçilərin təşkil etdiyi konsert proqramını alqışlarla qarşılayıb.

Ağdam rayon,  Cabbar Qaryağdı oğlu adına 1 saylı köçkün uşaq musiqi məktəbinin kollektivinin rəhbəri Könül kərimovanın təşkilatçılığı ilə keçirilən konsert proqramında  Elgiz Əliyev, Könül Xəlilzadə, Natiq Mustafayev, Kamran Həsənpur, Çingiz Əliyev, Namiq Mustafayev, Elgün Əliyev və Sədaqət Məmmədova iştirak edib. yaşlı insanlar onlar üçün təşkil olunan bu gözəl konsert proqramından zövq aldıqlarını dilə gətriblər

Qeyd  edək ki, ölkəmizdə karantin rejiminin tətbiqi ictimai mədəni fəallığın azalmasına deyil əksinə artımına səbəb olub. Ayrı-ayrı müəssisə və təşkilatlar, ictimai qurumlar fərdi qaydada diqqət çəkən təşəbbüs və davranışları ilə əsl iradə, vətənpərvərlik nümayiş etdirirlər.

Emin Babayev  SPACE TV

Paylaş

 Xəbəriniz olsun